acilis1.jpg
 
acilis2.jpg
 
Yaponiyanın paytaxtı Tokio şəhərində "XXV Yay Deflimpiya Oyunları"nın açılış mərasimi keçirilib. 3 mindən çox idmançının iştirak etdiyi yarışda Azərbaycan 6 idman növündə ilk dəfə 20 idmançı ilə təmsil olunur.
 
acilis3.jpg
 
Ənənəvi yapon “Awa Odori” rəqsini nümayişi ilə başlayan açılış mərasimində Yaponiya vəliəhdi Akishinonun ailəsi, eləcə də Baş nazir Sanae Takaichi və digər hökümət nümayəndələri iştirak ediblər.
Yaponiyanın İmperator ailəsinin üzvü, vəliəhd Şahzadə Akishino, Baş nazir Takaichi Sanae və digər rəsmi şəxslər çıxış edərək deflimpiyaçılara uğurlar arzulayıblar.
 
acilis4.jpg
 
Daha sonra Beynəlxalq Karlar İdman Komitəsinin prezidenti Adam Kosa oyunları açıq elan edib.
 
acilis5.jpg
 
Qeyd edək ki, Deflimpiya Oyunları 26 noyabra qədər davam edəcək və Tokio və digər bölgələrdə 21 idman növü üzrə keçiriləcək. Bu, Yaponiyanın Deflimpiya Oyunlarına — həm yay, həm də qış növləri üzrə — tarixdə ilk ev sahibliyidir. İlk dəfə keçirilən oyunlar 1924-cü ildə Fransanın Paris şəhərində təşkil olunub.