Deflimpiya Komitəsinin 2025-ci ilin yekunlarına həsr olunmuş tədbiri keçirilib.
Tədbirdə Komitənin İdarə heyətinin sədri Anar Bayramov, Milli Olimpiya Komitəsinin Vitse-prezidenti Fərid Mansurov, eləcə də Deflimpiya komandasının üzvləri, məşqçilər və əməkdaşlar iştirak ediblər. Əvvəlcə Komitənin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Daha sonra cari ilin noyabr ayında Tokio şəhərində keçirilmiş "XXV Yay Deflimpiya Oyunları"nda əldə edilən nəaliyyətlər və komandanın il ərzində keçdiyi yol xüsusi vurğulanıb. Tədbirin sonunda iştirakçılara hədiyyə və sertifikatlar təqdim edilib.