Azərbaycan Respublikasının “Bədən tərbiyəsi və idman haqqında” Qanununa müvafiq olaraq ölkədə eşitmə qabiliyyəti məhdud olan şəxslər arasında bədən tərbiyəsi və idmanı inkişafı etdirməklə onların kütləvi şəkildə sosial həyata inteqrasiyasını təmin etmək məqsədi ilə 2023-cü ilin 13 oktyabr tarixində Azərbaycan Respublikası Deflimpiya Komitəsi yaradılmışdır.
Komitənin məqsədi onların idmana və bədən tərbiyəsinə cəlb olunmaqlarının kütləviliyinin təmin etmək; və eşitmə qabiliyyətli məhdud olan idmançılarımızın Deflimpiya Oyunlarında və digər beynəlxalq arenalarında Azərbaycanı uğurla təmsil etməklərinə nail olmaqdır.
Bu sahədə inkişafı təmin etmək məqsədi ilə Deflimpiya Komitəsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, milli idman federasiyaları və digər əlaqədar ictimayi qurumlarla əməkdaşlıq yaradaraq Deflimpiya hərəkatının daha böyük vüsatla inkişaf etməsinə tövhə verməkdədir.
Missiyamız
Ölkədə eşitmə məhdudiyyəti olan şəxslər arasında idmanın və Deflimpiya hərakatının inkişafını təmin etmək. İCSD və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi və gücləndirilməsinə nail olmaq.
Vizyonumuz
İdman tədbirlərinin eşitmə qabiliyyəti məhdud olan şəxslər üçün əlçatan olmasını təmin edərək bərabər imkanlar təşviq etmək və onların uğurları haqqında ictimaiyyəti məlumatlandırmaq. Eşitmə qabiliyyəti məhdud olan idmançıların potensialının daha da arıtırlması məqsədi ilə təlim prosessinin və bunun üçün tələb olunan zəruri resurslar təmin edilməsinə dəstək olmaq.
Dəyərlərimiz
Şəffaflıq, inklüzivlik, bərabər imkanların müdafiəsi, tərəfdaşlıq, yenilikçi təşəbbüslər və maarifləndirmə.