Prezident İlham Əliyevin Sərancamı ilə 101 illik Deflimpiya Oyunları tarixində ölkəmizin ilk medalını qazanan Əliyev Coşqun Ceyhun oğlu Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Deflimpiya Komitəsi olaraq ölkə başçısına deflimpiyaçımızın təltif edilməsi və ölkəmizdə Deflimpiya Hərəkatının inkişafına göstərilən dəstəyə görə minnətdarlığımızı bildiririk.