Azərbaycan Deflimpiya Komitəsinin və Azərbaycan Taekvondo Federasiyasının əməkdaşlığı çərçivəsində iyunun 3-də Abşeron Olimpiya Kompleksində eşitmə məhdudiyyəti olan taekvondoçuların hazırlıq səviyyəsini yoxlamaq məqsədilə dostluq görüşləri təşkil olunub.
Görüşlər taekvondo idman növü üzrə deflimpiya yığmasının baş məşqçisi Elmir Fərəcovun və digər mütəxəssislərin rəhbərliyi ilə baş tutub.
Tədbirdə Deflimpiya Komitəsinin idarə Heyətinin üzvü, tanınmış taekvondoçu Rəşad Əhmədov, Komitənin baş katibi Namiq Novruzov, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev və digər rəsmi şəxslər iştirak ediblər.