Dünyanın 27 ölkəsindən 200-dən çox idmançının qatıldığı 20-ci ICCD Dünya Eşitmə Məhdudiyyətli Şahmat Çempionatı (20th ICCD World Deaf Team Chess Championship) İspaniyanın Roquetas de Mar şəhərində davam edir.
 
Yarış çərçivəsində təşkil olunan klassik şahmat üzrə “14-cü Açıq Fərdi Turnir”də (14th Open Individual Chess Tournament) ölkəmizi deflimpiyaçı idmançılarımız Əhəd Əfəndiyev və Rüfət Nəcəfov təmsil ediblər. 14 ölkədən 29 idmançının qatıldığı gərgin mübarizədə şahmatçılarımız yüksək əzmkarlıq göstərərək ilk onluqda yer almağı bacarıblar. Yekun nəticələrə əsasən, Rüfət Nəcəfov 9️⃣-cu, Əhəd Əfəndiyev isə 🔟-cu pilləyə sahib çıxıb.