IMG - Banner xeber.jpeg

Deflimpiya Komitəsi 2025-ci ilin idman yekunlarına həsr olunmuş qala mərasimdə iştirak edib.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilin idman yekunlarına həsr olunmuş tədbirində Yaponiyada keçirilmiş "XXV Yay Deflimpiya Oyunları"nın gümüş mükafatçısı, cüdo üzrə 60 kq çəki dərəcəsində çıxış edən Coşqun Əliyev xüsusi mükafatla təltif olunub. Deflimpiya Oyunlarında əldə edilən medal 101 illik Deflimpiya Oyunları tarixində ölkəmizin ilk medalıdır.

WhatsApp Image 2025-12-24 at 11.50.35.jpeg

Bu mükafat Deflimpiya idmanının ölkəmizdə qazandığı dəyərin və idmançımızın əzminin bariz göstəricisidir. Coşqun Əliyevi təbrik edir, yeni uğurlar arzulayırıq!

AB.jpg

WhatsApp Image 2025-12-24 at 11.51.19.jpeg