
"XXV Yay Deflimpiya Oyunları" yekunlaşdı.
Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən Deflimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.

26 noyabr tarixində keçirilən tədbirdə ölkəmizin bayrağını Deflimpiyaçılarımız Milanə Xəlilova və Sahib Sahibli daşıyıblar.
Bağlanış mərasimində çıxış edən Beynəlxalq Karlar İdmanı Komitəsinin Prezidenti Adam Kosa, Yaponiya Karlar Federasiyasının Prezidenti Daigo İşibaşi və Tokionun Qubernatoru Yuriko Koike əzmkar mübarizəyə görə bütün idmançılara təşəkkürlərini bildiriblər və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Daha sonra Deflimpiya bayrağı endirilib və "XXV Yay Deflimpiya Oyunları"nın rəsmi olaraq başa çatdığı elan edilib.
Qeyd edək ki, 12 gün davam edən yarışlarda Azərbaycan Deflimpiyaçıları idman tarixində ilk dəfə medal qazanıblar. Ümumilikdə isə 79 ölkə, region və qaçqın qruplarını təmsil edən təxminən 3.000 idmançı mübarizə aparıb.



