Azərbaycan Deflimpiya Komitəsi ilə MÜTDA (Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi) arasında əməkdaşlıq memorandumu çərçivəsində Komitənin nümayəndə heyəti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən eşitmə qabiliyyəti pozulmuş uşaqlar üçün 352 nömrəli körpələr evi–uşaq bağçasına səfər edib.
Səfər 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub. Görüş zamanı nümayəndə heyəti eşitmə məhdudiyyətli uşaqlarla bir araya gəlib, onların gündəlik fəaliyyəti ilə tanış olub, hazırladıqları rəqs kompozisiyalarını izləyib.
Tədbirin sonunda uşaqlara bayram hədiyyələri təqdim edilib. Görüş uşaqların bayram sevincinin bölüşülməsi, onlara diqqət və qayğının göstərilməsi, həmçinin inklüziv dəyərlərin təşviqi baxımından əhəmiyyətli olub.