np1.jpg

Ölkəmizdə səfərdə olan Beynəlxalq Karlar İdman Komitəsinin (ICSD) prezidenti Adam Kosa və Avropa Karlar İdman Təşkilatının (EDSO) prezidenti İosif Stavrakakis ilə Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev arasında görüş keçirilib.

np2.jpg

Görüşdə Azərbaycan Deflimpiya Komitəsinin fəaliyyətini gücləndirmək, karlar idmanını daha da inkişaf etdirmək və gələcəkdə bu sahə üzrə əməkdaşlıq imkanlarını genişləndirmək müzakirə olunub.
Görüşdə tərəflər qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və gələcəkdə daha sıx əlaqələrin qurulması ilə bağlı razılıq əldə ediblər.

np3.jpg

Bu cür görüşlərin ölkəmizin Deflimpiya hərəkatına dəstək baxımından böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

np5.jpg

np4.jpg