Sentyabrın 25-də gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 16-cı görüşünü keçirib. Görüşdə Deflimpiya Komitəsinin Baş katibi Namiq Novruzov və İdman şöbəsinin əməkdaşı Asxab Kalaev iştirak edib.
Tədbirdə Paris-2024 Yay Olimpiya Oyunları ilə bağlı hesabat dinlənilib, 2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq barədə, həmçinin beynəlxalq federasiyalara seçkilərdə təmsil olunma məsələləri, Azərbaycan İdman Akademiyasına qəbul, idman federasiyalarının sosial media fəaliyyəti haqqında məlumat verilib və bir sıra digər məsələlər müzakirə edilib.