IMG_2301.JPG
 
13 fevral 2025-ci il tarixində Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli Respublika Xüsusi İnternat Məktəbində Azərbaycan Deflimpiya Komitəsinin nümayəndələri ilə məktəbin direktoru Ümnisə Nəcəfbəyova, müəllim heyəti və şagirdlər arasında görüş keçirilib.
 
IMG_2237.JPG
 
Tədbirdə Deflimpiya Komitəsinin baş katibi Namiq Novruzov, İdman şöbəsinin müdiri Həsənağa Rzayev, Komitə əməkdaşları və Olimpiya oyunlarının mükafatçısı, Dünya və Avropa çempionu, Rəsul Çunayev iştirak ediblər.
 
IMG_2245.JPG
 
Görüş zamanı məktəb şagirdləri ilə səmimi və interaktiv ünsiyyət qurulub, onlara Deflimpiya Komitəsinin fəaliyyəti, idmanın həyatdakı rolu və sağlamlığa təsiri haqqında ətraflı məlumat verilib. Şagirdlərlə sual-cavab sessiyası təşkil edilib, onların sualları cavablandırılıb və maraqlandıqları mövzular ətrafında müzakirələr aparılıb. Həmçinin, onların idmana olan marağını artırmaq, gələcəkdə bu sahədə uğur qazanmaları üçün davamlı dəstəyin göstəriləcəyi vurğulanıb.
 
IMG_2247.JPG
 
Tədbir çərçivəsində idmanın motivasiya mənbəyi və sağlam həyat tərzinin ayrılmaz hissəsi olduğu xüsusi qeyd edilib. Sonda şagirdlərə müxtəlif hədiyyələr təqdim olunub və xatirə üçün birgə foto çəkilib.
 
IMG_2260.JPG