Azərbaycan Respublikası Deflimpiya Komitəsinin təşkilatçılığı ilə jest dili təlimləri keçirilmişdir.

Avqust ayı ərzində Komitənin müxtəlif idman növləri üzrə məşqçilərinə ilkin ünsiyyət qaydaları və idman terminləri ilə bağlı jest dili təlimləri keçirilmişdir. Təlimin əsas məqsədi fiziki və taktiki hazırlıq məşqləri zamanı eşitmə məhdudiyyətli idmançı və məşqçi heyəti ilə ünsiyyətin təmin edilməsidir.