Azərbaycan Deflimpiya Komitəsində idman ictimaiyyəti ilə görüş keçirilib.
Keçirilən görüşdə Komitənin baş katibi Namiq Novruzov, idman şöbəsinin müdiri Həsənağa Rzayev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Sevda Mirzəyeva, bir sıra federasiyaların nümayəndələri, eşitmə məhdudiyyətli idmançılar və məşqçi heyəti iştirak edib.
Görüş zamanı iştirakçılara Komitə tərəfindən bu günədək görülmüş işlər barədə ətraflı təqdimat nümayiş etdirilmiş, gələcək planlar müzakirə edilmiş və idmançılar üçün hədəflər müəyyən edilib.
Eyni zamanda, iştirakçılara Beynəlxalq Karlar İdman Komitəsinin prezidenti Adam Kosa və Avropa Karlar İdman Təşkilatının prezidenti İosif Stavrakakisin Bakı səfəri zaman keçirdikləri görüşlər barədə ətraflı videoçarx nümayiş etdirilib.