WhatsApp Image 2025-07-17 at 17.42.33.jpeg

Azərbaycan Deflimpiya Komitəsi və Azərbaycan Üzgüçülük Federasiyası arasında Əməkdaşlıq Haqqında Anlaşma Memorandumu imzalanıb. Görüşdə Komitənin baş katibi Namiq Novruzov, İdman şöbəsinin müdiri Həsənağa Rzayev, Federasiyanın baş katibi Oqtay Atayev, kommunikasiya və beynəlxalq əlaqələr üzrə menecer Tamerlan Hüseynov iştirak ediblər. Tərəflər arasında eşitmə qabiliyyətli məhdud üzgüçülərlə bağlı mövcud vəziyyət və gələcək üçün birgə planlar müzakirə olunub. 

Memoranduma əsasən hər iki qurum ölkədə deflimpiya hərəkatının inkişafı, eşitmə məhdudiyyətli şəxslərin üzgüçülük idman növünə cəlb edilməsi və bu istiqamətdə inkişafın təmin edilməsi üçün birgə təkliflərin işlənib hazırlanması, görüşlərin, layihələrin, maarifləndirici işlərin həyata keçirilməsi kimi sahələrdə qarşılıqlı fəaliyyət göstərəcəklər.

WhatsApp Image 2025-07-17 at 17.42.33 (1).jpeg