Deflimpiya Komitəsi və “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyi arasında Memorandum imzalanıb.
Komitə eşitmə məhdudiyyətli şəxslər üçün əlçatan və sağlam idman mühitinin formalaşdırılması, idman tədbirlərinin təşkili və ictimaiyyətə təbliği, eşitmə məhdudiyyətli şəxslərin, həmçinin bu kateqoriyadan olan idmançıların bacarıqlarının artırılması məqsədilə Ictimai Birliklə əməkdaşlıq və tərəfdaşlıq edəcək.
Memorandum Azərbaycan Deflimpiya Komitəsinin İdarə Heyətinin Prezidenti Anar Bayramov və “Azərbaycan Karlar Cəmiyyəti” İB-nin İdarə Heyətinin Prezidenti Bəhrəm Hüseynov tərəfindən imzalanıb.