Deflimpiya Komitənsinin prezidenti Anar Bayramov karate idman növü üzrə uğur qazanmış heyətlə görüşüb.

15 iyun tarixində Kişinyovda keçirilən "Chisinau Open Karate Grand Prix" turnirində baş məşqçi Seymur Xudaverdiyevin rəhbərliyi ilə ümumilikdə 6 idmançımız iştirak edərək, səfərdən 6 medalla geri dönüb.

Komitə prezidenti görüşdə iştirak edən baş məşqçi Seymur Xudaverdiyev, eyni zamanda məşqçi-hakim Şahin Xudaverdiyev, Elnur Qasımzadə, Hikmət Ağayev, Əliəkbər Əlizadə, Şaiq Osmanov, Sahib Sahibli və Elmin Hüseynlini əldə edilən uğur münasibəti ilə təbrik edib, gələcək idman fəaliyyəti və yarışlarda müvəffəqiyyətlər arzulayıb.

Qeyd edilib ki, əldə edilən bu uğurlu nəticə əmzkarlıqla davam edən təlimlərin və hazırlıqların nəticəsidir. Görüşdə qazanılan nəticənin ardı olaraq karateçilərimiz qarşıda olan yerli və beynəlxalq turnirlərdə iştirakının təmini və yeni uğurların qazanılması üçün Komitə tərəfindən müvafiq dəstəyin davamlı olaraq göstəriləcəyi vurğulanıb.

Xatırladaq ki, sözügedən turniri heyətimiz 1 qızıl , 2 gümüş və 3 bürünc medalla başa vurublar.