Beynəlxalq Karlar Şahmat Komitəsinin Avropa təşkilatı ilə görüş keçirilib.
Deflimpiya Komitəsinin Baş katibi Namiq Novruzov, əməkdaşlar və şahmatçıları ölkəmizə səfərdə olan "ICCD - Europe" təşkilatının Baş katibi, İspaniya Karlar Şahmat Assosasiyasının rəhbəri Alfredo Gomez Fernando və Almeriya Karlar Vilayət Assosasiyasının (ASOAL) Prezidenti Samirə İsrafilova ilə görüş keçirib.
Keçirilən görüşdə Deflimpiya Komitəsi tərəfindən görülən işlər, eşitmə məhdudiyyətli şahmatçılar üçün gələcək imkanlar və planlar, həmçinin qarşılıqlı fəaliyyətin təşkili müzakirə edilib.