Beynəlxalq Karlar İdman Komitəsinin (ICSD) və Avropa Karlar İdman Təşkilatının (EDSO) prezidentləri ilk dəfə Bakıda səfərdədirlər.
Azərbaycan Deflimpiya Komitəsində Beynəlxalq Karlar İdman Komitəsinin və Avropa Karlar İdman Təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib.
Tədbirdə Azərbaycan Deflimpiya Komitəsinin prezidenti Anar Bayramov və Komitənin baş katibi Namiq Novruzov, Beynəlxalq Karlar İdman Komitəsinin prezidenti Adam Kosa, Avropa Karlar İdman Təşkilatının prezidenti İosif Stavrakakis, Komitənin prezident köməkçisi Kristina Horvat, Təşkilatın İdarə heyətinin üzvü Burcu Pişkin iştirak ediblər.
Görüşdə Azərbaycan Deflimpiya Komitəsi tərəfindən görülmüş işlər, hazırda davam edən layihələr və qarşıda duran hədəflərlə bağlı məlumat verilib.
Azərbaycan Deflimpiya Komitəsinin eşitmə və nitq məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi, onlar arasında deflimpiya hərəkatının təbliği, eləcə də resursların və infrastrukturun inkişafı sahəsində görülmüş işlər diqqətə çatdırılıb.
Görüşdə deflimpiya idman növlərinin inkişafı, beynəlxalq əməkdaşlıq və gələcək layihələr barədə fikir mübadiləsi aparılıb.
Həmçinin ICSD, #DSO və Azərbaycan arasında əlaqələrin daha da genişləndirilməsi, birgə layihələrin icrası və təcrübə mübadiləsi imkanları müzakirə edilib.