IMG_1111.JPG

3 Dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə, sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində Azərbaycan Deflimpiya Komitəsinin nümayəndələri ilə şagirdlər arasında görüş keçirilib. Görüş uşaqların cəmiyyətə və idmana inteqrasiyasını təmin etmək, onların sosiallaşmasına dəstək olmaq məqsədilə təşkil edilib.

IMG_1127.JPG

Tədbirdə Komitənin baş katibi Namiq Noruzov və əməkdaşları, Dünya və Avropa çempionu, Olimpiya Oyunlarının mükafatçısı Rəsul Çunayev iştirak ediblər.

IMG_1118.JPG

Görüş zamanı məktəb şagirdləri ilə səmimi ünsiyyət qurulub, idmanın uşaqların həyatındakı əhəmiyyəti vurğulanıb və onların gələcəkdə idman sahəsində uğurlar qazanması üçün dəstəyin davamlı olacağı bildirilib. Həmçinin tədbirin uşaqların motivasiyasını artırmaq və onları daha aktiv həyata təşviq etmək baxımından xüsusi əhəmiyyət qeyd edilib.

Sonda şagirdlərə müxtəlif hədiyyələr təqdim edilib.

IMG_1132.JPG