Deflimpiya Komitəsi və "Məmmədyarovlar" Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə deflimpiya şahmat komandasına cəlb edilən eşitmə məhdudiyyətli şahmatçılar arasında rapid turnir keçirilib. 

Tədbir 12-13 sentyabr tarixlərində Sumqayıt Olimpiya və İdman Kompleksində baş tutub.

Keçirilən tədbirin əsas məqsədi Komitənin şahmat komandasına cəlb edilən şahmatçıların bacarıqları və potensiallarının müəyyənləşdirilməsi olmuşdur.