
Milli Olimpiya Komitəsinin Vitse-prezidenti, Olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov eşitmə məhdudiyyətli güləşçilərlə görüşüb!
"XXV Yay Deflimpiya Oyunları"na hazırlıq mərhələsi davam edən eşitmə məhdudiyyətli güləşçilərlə Azərbaycan Respublikasının əməkdar idman ustası və əməkdar məşqçisi, Azərbaycan Güləş Federasiyasının İcra Komitəsinin üzvü, "2004 XXVIII Yay Olimpiya Oyunları"nın yunan-Roma güləşi üzrə qızıl medalçısı Fərid Mansurov ilə görüş keçirib. Keçirilən görüşdən sonra deflimpiyaçıların təlim-məşq prosesində iştirak edən Fərid Mansurov onların taktiki və fiziki hazırlıq prosesi ilə tanış olub, cari ilin noyabr ayında Yaponiyanın Tokio şəhərində ölkəmizi təmsil edəcək komandaya öz tövsiyələrini verərək uğurlar arzulayıb.

Qeyd edək ki, yunan-roma güləşi üzrə eşitmə məhdudiyyətli idmançılardan ibarət komandamızın təlim-məşq prosesi Baş məşqçi Nazim Əhmədovun rəhbərliyi ilə keçirilir.