16 sentyabr 2024-cü il tarixində (Bakı, Azərbaycan) Azərbaycan Deflimpiya Komitəsinin prezidenti Anar Bayramov, Baş katibi Namiq Novruzov, Paralimpiya Komitəsinin rəsmilərinin iştirakı ilə Avropa Paralimpiya Komitəsinin prezidenti Raymond Blondel arasında görüş baş tutub.
Keçirilən görüşdə cənab Blondelə Deflimpiya Komitəsi tərəfindən görülən işlər, hazırda davam edən layihələr və qarşıda duran hədəflərlə bağlı məlumat verilmişdir. Görüşdə həmçinin gələcəkdə həyata keçiriləcək qarşılıqlı fəaliyyətlərlə bağlı da söhbət aparılmışdır.