Azərbaycan Respublikası Deflimpiya Komitəsi və “Səssiz Dünya” İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Memoranduma əsasən hər iki qurum ölkədə deflimpiya hərəkatının inkişafı, eşitmə məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi və bu istiqamətdə inkişafın təmin edilməsi üçün birgə təkliflərin işlənib hazırlanması, görüşlərin, layihələrin, maarifləndirici işlərin həyata keçirilməsi kimi sahələrdə qarşılıqlı fəaliyyət göstərəcəklər.