Azərbaycan Deflimpiya Komitəsi və Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) arasında Əməkdaşlıq Haqqında Anlaşma Memorandumu imzalanıb.
 
20 avqust tarixində keçirilən görüşdə Komitənin baş katibi Namiq Novruzov və AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadə iştirak edib. Tərəflər arasında eşitmə qabiliyyətli məhdud idmançılar üçün müvafiq sahədə görülən işlər və gələcək üçün birgə planlar müzakirə olunub. Eyni zamanda gələcək fəaliyyətdə xüsusilə təmiz idman mühitinin təşviqi, idmançılar arasında maarifləndirmənin gücləndirilməsi, dopinqə qarşı mübarizədə birgə layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıblar.
 
7T9A1526.JPG
 
Memoranduma əsasən hər iki qurum ölkədə deflimpiya hərəkatının inkişafı, eşitmə məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi və bu istiqamətdə inkişafın təmin edilməsi üçün birgə təkliflərin işlənib hazırlanması, eyni zamanda sağlam, təhlükəsiz və ədalətli idman mühitinin yaranması istiqamətində görüşlərin, layihələrin, maarifləndirici işlərin həyata keçirilməsi kimi sahələrdə qarşılıqlı fəaliyyət göstərəcəklər.
 
7T9A1534.JPG