2024-cü il 09 oktyabr tarixində Azərbaycan Respublikası Deflimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyası arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Memoranduma əsasən hər iki qurum ölkədə deflimpiya hərəkatının inkişafı, eşitmə məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi və bu istiqamətdə inkişafın təmin edilməsi üçün birgə təkliflərin işlənib hazırlanması, görüşlərin, layihələrin, maarifləndirici işlərin həyata keçirilməsi kimi sahələrdə qarşılıqlı fəaliyyət göstərəcəklər.