Tarixdə ilk dəfə eşitmə məhdudiyyətli şəxslər arasında yarışlar 1924-cü ildə Fransanın paytaxtı Paris şəhərində keçirilib. Deflimpiya oyunları əlilliyi olan şəxlər arasında keçirilən ilk beynəlxalq yarış kimi də tarixə düşüb.
100 ildir ki, eşitmə məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək olan, bərabərliyi təbliğ edən Deflimpiya hərəkatı “İdman vasitəsilə bərabərlik” şüarı ilə fəaliyyətinə davam edir.
Ölkəmizdə də yeni yaradılan Azərbaycan Respublikası Deflimpiya Komitəsi eşitmə məhdudiyyətli şǝxslǝri idmana cǝlb edǝrǝk, onları beynǝlxalq arenaya çıxarmaq, peşǝkar idmançılar, mǝşqçilǝr vǝ hakimlǝr yetişdirmǝk məqsədini daşıyır.