2023-cü il 26 dekabr tarixində Azərbaycan Deflimpiya Komitəsinin Prezidenti Anar Bayramov, İdarə heyətinin üzvləri Gənclər və idman naziri Fərid Qayıbov ilə görüşüb.

Görüş zamanı komitənin inkişafı, fəaliyyət istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb, əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.

Görüşdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, Deflimpiya Komitəsinin idarə heyətinin üzvləri Yalçın Niftiyev, Səidə Babazadə, Sahib Gülməmmədov, Cəmilə Abdulova, Sevgiyə Qasımova və Nərgiz Abdulova da iştirak ediblər.