
Azərbaycan Milli Antidopinq Agentliyi - AMADA tərəfindən Azərbaycan Deflimpiya Komitəsinin məşqçi və idmançıları üçün maarifləndirici seminar təşkil edilib.
Seminarda iştirak edən eşitmə məhdudiyyətli idmançılara antidopinq qayda pozuntuları, dopinq nəzarəti prosesi, bu prosesdə idmançıların hüquq və öhdəlikləri, terapevtik istifadə üçün istisnalar, qadağan edilmiş maddələrdən istifadənin fəsadları, onların qəbuluna görə tətbiq olunan cəzalar, qadağalar və #ADAMS sistemi kimi vacib mövzularla bağlı ətraflı məlumat verilib.


.jpeg)