Deflimpiyaçılarımız Dünya çempionatında 3 qızıl
,2 gümüş
,2 bürünc
medal qazanıb
Türkiyənin İstanbul şəhərində WSF versiyasında təşkil edilən karate üzrə Şotokan Dünya çempionatına yekun vurulub. 19 ölkədən 1300 idmançının iştirak etdiyi mötəbər yarışda ölkəmiz həm də
deflimpiyaçı ilə təmsil olunub. Baş məşqci Seymur Xudaverdiyev və köməkçi məşqçi Şahin Xudaverdiyevin rəhbərlik etdiyi komandamız Dünya Çempionatında tarixi nəticə əldə edərək ümumilikdə 3 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıb.
Karateçilərimiz Hikmət Ağayev (+18 yaş, -75 kq, kumite), Sahib Sahibli (+18 yaş, +75 kq, kumite) , Yusif Əzimzadə (14–17 yaş, -60 kq, kumite) inamlı qələbə qazanaraq qızıl
medallara yiyələniblər.
Aytən Qədirova (kata) və Nizaməddin Əzimzadə (14–17 yaş, -60 kq, kumite) Dünya çempionatını gümüş
medallarla başa vurublar.
Komandamızın heyətində Əliəkbər Əlizadə (+18 yaş, -75 kq, kumite) və Elnur Qasımzadə (+18 yaş, +75 kq, kumite) bürünc
medal qazanıblar.