Deflimpiyaçılarımız Dünya çempionatında 3 qızıl🥇,2 gümüş🥈,2 bürünc🥉medal qazanıb
 
Türkiyənin İstanbul şəhərində WSF versiyasında təşkil edilən karate üzrə Şotokan Dünya çempionatına yekun vurulub. 19 ölkədən 1300 idmançının iştirak etdiyi mötəbər yarışda ölkəmiz həm də 🔟 deflimpiyaçı ilə təmsil olunub. Baş məşqci Seymur Xudaverdiyev və köməkçi məşqçi Şahin Xudaverdiyevin rəhbərlik etdiyi komandamız Dünya Çempionatında tarixi nəticə əldə edərək ümumilikdə 3 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıb.
 
Karateçilərimiz Hikmət Ağayev (+18 yaş, -75 kq, kumite), Sahib Sahibli (+18 yaş, +75 kq, kumite) , Yusif Əzimzadə (14–17 yaş, -60 kq, kumite) inamlı qələbə qazanaraq qızıl🥇medallara yiyələniblər.
 
Aytən Qədirova (kata) və Nizaməddin Əzimzadə (14–17 yaş, -60 kq, kumite) Dünya çempionatını gümüş🥈medallarla başa vurublar.
Komandamızın heyətində Əliəkbər Əlizadə (+18 yaş, -75 kq, kumite) və Elnur Qasımzadə (+18 yaş, +75 kq, kumite) bürünc🥉medal qazanıblar.