14 may 2026-cı il tarixində İspaniyanın Almeriya (Almería) şəhərində ICCD-nin 38-ci Konqresi keçirilib.
Konqres çərçivəsində təşkilatın gələcək fəaliyyət istiqamətləri, strateji planları və qarşıya qoyulan hədəflər müzakirə olunub. Eyni zamanda, ICCD-nin 2026–2030-cu illər üzrə yeni prezident seçkiləri baş tutub.
Səsvermənin nəticələrinə əsasən, Alfredo Fernandez Qomes təşkilatın yeni prezidenti seçilib. Azərbaycan Deflimpiya Komitəsini konqresdə qurumun nümayəndəsi Heydər Rəhimli təmsil edib.
Deflimpiya Komitəsi olaraq cənab Alfredo Fernandezi təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.