Azərbaycan Deflimpiya Komitəsinin İdarə Heyəti üzvləri Sumqayıt Olimpiya İdman Kompleksində eşitmə məhdudiyyətli idmançılarla görüşüb.
Görüşdə “Səssiz Dünya İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək” İB-nin nümayəndələri və beynəlxalq dərəcəli qrossmeyster Zeynəb Məmmədyarova da iştirak edib.
İdarə Heyəti üzvləri Komitənin fəaliyyət istiqamətləri və idmançılarla gələcək əməkdaşlığın perspektivləri barədə məlumat veriblər.
Qeyd edək ki, Azərbaycan Deflimpiya Komitəsi eşitmǝ mǝhdudiyyǝtli şǝxslǝri idmana cǝlb edǝrǝk, onları beynǝlxalq arenaya çıxarmaq, peşǝkar idmançılar, mǝşqçilǝr vǝ hakimlǝr yetişdirmǝk məqsədini daşıyır.