Hərbçilər arasında dünya çempionu, dünya və Avropa çempionatlarının dəfələrlə mükafatçısı, Olimpiya Oyunlarının iştirakçısı, Deflimpiya Komitəsinin İdarə Heyətinin üzvü Rəşad Əhmədov "XXV Yay Deflimpiya Oyunları"na hazırlıq mərhələsi davam edən eşitmə məhdudiyyətli taekvondoçularla görüşərək onların taktiki və fiziki hazırlıq prosesi ilə tanış olub, cari ilin noyabr ayında Yaponiyanın Tokio şəhərində ölkəmizi təmsil edəcək komandaya öz tövsiyələrini verərək uğurlar arzulayıb.

Qeyd edək ki, taekvondo üzrə eşitmə məhdudiyyətli idmançılardan ibarət komandamızın təlim-məşq prosesi Baş məşqçi Elmir Fərəcovun, köməkçi Rauf Rəhimovun rəhbərliyi ilə keçirilir.