Heydər Əliyevin adını daşıyan Müasir Təhsil Kompleksində tərəfdaşlarla əməkdaşlıq çərçivəsində “Sərhədlərdən kənar: İdmanda inklüzivliyin və bərabər imkanların təşviqi” mövzusunda panel müzakirəsi təşkil edilib. Tədbir Autizm Maarifləndirmə Ayı və İnkişaf və Sülh Naminə Beynəlxalq İdman Günü münasibətilə keçirilərək inklüziv imkanların təhsil, idman və cəmiyyətin bütün sahələrində vacibliyini vurğulanıb.
Panel müzakirəsində Autizm Mərkəzinin direktoru Aytən Eynalova, Kompleksinin təhsil üzrə məsləhətçi və əlillik üzrə tədqiqatçı Nigar Əmrullayeva, Deflimpiya Komitəsinin Baş katibi Namiq Novruzov, tanınmış idmançılar Hacı Əliyev və Coşqun Əliyev, eyni zamanda surdotərcuməçi Heydər Rəhimli, digər qonaqlarla yanaşı, Kompleksin şagirdləri iştirak edib. Çıxış edən məktəb direktoru cənab Nelson Urrego və icraçı direktor cənab Tural Abbasov tədbirin əhəmiyyətindən danışıblar.
Panel çərçivəsində inklüzivlik, bərabər imkanlar və əlilliyi olan şəxslərin idmanda iştirakı müzakirə edilib, tədbir inklüziv cəmiyyətin təşviqinə yönəlmiş maarifləndirici platforma kimi çıxış edərək, hər bir fərdin potensialını reallaşdırması üçün bərabər şəraitin yaradılmasının vacibliyini diqqətə çatdırılıb