
Şahmat komandamızın uğuru!
"The International Chess Committee of the Deaf " (#ICCD) tərəfindən Özbəkistanın Daşkənd şəhərində təşkil edilən "13th ICCD International Open Individual Deaf Chess Tournament" adlı yarışda eşitmə məhdudiyyətli şahmatçımız Rüfət Nəcəfov klassik şahmat üzrə 7 turdan sonra kişilər arasında 3-cü yeri tutmuşdur.
.jpeg)
Qeyd edək ki, 20–30 sentyabr 2025-ci il tarixlərində keçirilən turnirdə bir çox ölkədəh olan eşitmə məhdudiyyətli idmançılar iştirak edir. Deflimpiya Komitəsinin heyəti keçirilən turnirdə 2 idmançı ilə qatılıb. Digər idmançımız Əhəd Əfəndiyev keçirilən oyunların nəticəsində 4-cü yerdə qərarlaşıb.

Eşitmə məhdudiyyətli idmançılarımızı təbrik edirik!