15 iyun tarixində Moldovada keçiriləcək "Chisinau Karate Open Grand Prix" turnirində Deflimpiya Komitəsinin 6 idmançısı iştirak edəcək. Baş məşqçi Seymur Xudaverdiyev və məşqçi Şahin Xudaverdiyevin rəhbərliyi ilə karateçilərimiz Hikmət Ağayev -60 kq, Elnur Qasımzadə -67 kq, Əliəkbər Əlizadə -70 kq, Sahib Sahibli 75 kq, Şaiq Osmanov -84 kq və Elmin Hüseynli +84 kq çəki dərəcələrində yarışacaq.
Turnidə iştirak edəcək bütün idmançılarımıza uğurlar arzulayırıq