Bakıda Karate üzrə Beynəlxalq “Grand Prix” turniri keçirilib.
Sərhədçi İdman Mərkəzində keçirilən mötəbər turnirdə Azərbaycan idmançıları ilə yanaşı, bir sıra xarici ölkələrin karateçiləri də mübarizə aparıb. Yarışda çıxış edən həm qadın, həm də kişi deflimpiyaçılarımız müxtəlif çəki dərəcələrində yarışmaqla yanaşı, kata kateqoriyasında da bacarıqlarını nümayiş etdirib.
Qeyd edək ki, keçirilən turnirdə Aytən Qədirova (kata), Əliəkbər Əlizadə (-75 kq), Elnur Qasımzadə (-67 kq), Emin Hüseynli (+84 kq), Fəqan Yasinov (-68 kq), Hikmət Ağayev (-60 kq), Maral Orucova (+54 kq), Nizaməddin Əzimzadə (-55 kq), Sahib Sahibli (-84 kq), Səma Tağıyeva (-48 kq), Yusif Əzimzadə (-61 kq) olmaqla ümumilikdə 11 karateçimiz iştirak edib.