Beynəlxalq Karlar İdman Komitəsi (the International Committee of Sports for the Deaf) 1924-cü il 24 avqust tarixndə yaradılmışdır. 1955-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin 50-ci Sessiyasında bu təşkilatı karlar üçün idman sahəsini tənzimləyən vahid və müstəqil beynəlxalq qurum kimi tanınmışdır. 

“Beynəlxalq Səssiz Oyunlar” kimi tanınan ilk Deflimpiya Oyunları 1924-cü ildə Fransanın Paris şəhərində keçirilmişdir. 1924-cü ildən 2024-cü ilədək ICSD 24 Yay və 18 Qış Deaflimpiya Oyunları təşkil etmişdir.

Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında keçirilən Deaflimpiya Oyunları dünyanın ikinci ən qədim beynəlxalq çoxnövlü idman tədbiridir.

Yay Deflimpiya Oyunlarının programına Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınan aşağıdakı idman növləri daxildir: atletika, atıcılıq badminton, basketbol, boulinq, cüdo, dağ velosipedi, çimərlik voleybolu, futbol, futzal, həndbol, karate, qolf, stolüstü tennis, səmti müəyyən etmə, güləş (hər ikisi yunan - Roman və sərbəst üslublar), taekvondo, tennis, üzgüçülük, velosiped, volleybol.  Qış Deflimpiya Oyunlarının idman növləri isə buz xokkeyi, dağ xizək sürmə, xizək sürmə, kyorlinq, snoubord və şahmat.